Azərbaycanda milyonlar xərcləyən turistlər bu ölkələrdən gəlir – TOP 5

0
111

Statistik məlumatlara görə, ötən il əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin paytaxtın hotel və müəssisələrində xərclədikləri vəsait 155 milyon manatdan çox olub.

Məlumatlar Dövlət Statistika Komitəsinin məlumatlarına əsaslanıb.

Beləliklə, beşinci yerdə 2017-ci ildə ölkəmizdə hotellərdə 6 milyon 370 min manat xərcləmiş amerikalı turistlər qərarlaşıb.

Dördüncü yerdə 10 milyon 492 min 900 manatla iranlı turistlər dayanıb.

Üçüncü yeri isə türkiyəli turistlər açır. Ölkəmizin qardaş ölkədən olan qonaqları 2017-ci ildə Azərbaycanda 10 milyon 786 min 200 manat xərcləyiblər.

Siyahıda ikinci yerdə 14 milyon 530 min manatla Böyük Britaniyadan gələn turistlər dayanır.

Və nəhayət, 2017-ci ildə hotellərdə ən çox xərc edənlər rusiyalı turistlər olub – 22 milyon 462 min 600 manat.

Qeyd edək ki, rusiyalı turistlər 2016-cı ildə də reytinqə başçılıq ediblər.

Oxu.az

Cavab yaz

Şərh bildirin
Adınız daxil edin