Bakıda ilk dəfə beynəlxalq animasiya festivalı keçiriləcək

0
165

A NİMAFİLM Bakı Beynəlxalq Animasiya Festivalı 19-21 oktyabr 2018-ci il tarixlərində keçiriləcək.
Bu barədə festivalının təsisçisi Rəşid Ağamalıyev məlumat verir:
“Festival üç gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya
filmlərini təqdim edəcək. Təşkilatçıların məqsədi yerli və xarici tamaşaçıları, peşəkarları
sevindirəcək, həmçinin Azərbaycanda animasiya sənətinin inkişafını təşviq edəcək illik tədbirin yaradılmasıdır.
Birinci ANİMAFİLM Festivalının mövzusu – “Azərbaycan animasiyası”dır. Azərbaycanın ən yaxşı qısametrajlı animasiya filminin seçiləcəyi milli müsabiqədən başqa, tamaşaçıları Azərbaycan animasiya tarixinə həsr edilmiş bir sıra tədbirlər gözləyir. Yerli və xarici müəlliflərin müştərək zəhməti hesabına başa gələn “Azərbaycan animasiyası” kitabı da ilk dəfə bu tədbirdə təqdim ediləcək. Festivalın mövzusu çərçivəsində müəlliflərin iştirakı ilə ən yaxşı Azərbaycan animasiya filmlərinini retrospektivi, “ReAnimasiya” sərgisi, həmçinin peşəkarların ustad-dərsləri keçiriləcək.”
Festivalında iştirak etmək üçün animasiya filmlərinizi və ssenarinizi göndərə bilərsiniz.
Daha çox məlumat əldə etmək üçün festivalın rəsmi səhifəsini və İnstagram səhifəsini izləyə bilərsiniz.
http://www.animafilm.az/
https://www.instagram.com/animafilm.festival/

Cavab yaz

Şərh bildirin
Adınız daxil edin