Çində təhsil alın, arzularınız çin olsun

0
169

T

əxminən 1,5 milyard əhaliyə sahib olan Çin Xalq Respublikası, ərazisinə görə isə dünyada Rusiya və Kanadadan sonra 3-cü yerdədir. Son illər getdikcə daha da böyüməkdə olan iqtisadiyyatı Çini dünyanın ən vacib güc mərkəzlərindən birinə çevirmişdir. Əlbəttə, bu qədər hegemon dövlətin, nəhəng iqtisadiyyatın böyük və uğurlu təhsil sistemi də olmalıdır.Çin Xalq Respublikasında təhsil bağça təhsilindən başlayır. Bu mərhələdən sonra şagirdlər 6 yaşından etibarən 12 yaşına qədər Primary School, yəni İbtidai məktəbə gedirlər. Bu mərhələni başa vurduqdan sonra isə 3 il aşağı orta məktəb dövrü keçən şagirdlər son olaraq 2 il yuxarı orta məktəb təhsilini başa vurmalıdırlar. Məktəb dövründən sonra,tələbələr 4 il ərzində bakalavr təhsili, 2 il ərzində magistratura təhsili almaq imkanı əldə edə bilirlər. Son statistikalara görə isə, Çində 2236-dan çox universitet və ya kollec vardır, bu müəssisələrdə isə 20 milyondan çox tələbə təhsil almaqdadır. Bu universitetlərdən Tsingua universiteti dünya reytinqində (2016-2017 üçün) 24 cü yerdədir. Və digər dünya üzrə ilk 100-lükdə yer tutan universitetlərdən bəziləri: Hong Kong universiteti (27-ci yer), Hong Kong Elm və Texnologiya Universiteti (36-cı yer), Pekin Universiteti ( 39-cu yer), Fudan universiteti (43-cü yer).

Beynəlxalq aləmdə Çində ingilis dilində, çin dilində və digər dillərdə təhsil almaq mümkündür. Siz Çində demək olarki, bütün ixtisaslarda bakalavr, magistratura təhsili ala biləcəksiniz. Çində yaşayış ABŞ və digər prestiji universitetlərə malik ölkələrdən daha ucuzdur. Belə ki, Azərbaycan manatına çevirdikdə Çində 1 böyük çörəyin qiyməti 2,89 manat, 1 kiloqram kartof 1,96, 12 yumurta 4 manat təşkil edir. Normal baha olmayan ərazilərdə 85 kvadrat metr ərazili evləri 1400 manata kiralaya bilərsiniz.Əgər 5 nəfər bir evdə yaşayası olsa adambaşına 300 azn ödənilməlidir ki, bu da böyük məbləğ deyil. 1 aylıq işıq,qaz və digər kommunal xərclər ortalama 1 nəfər üçün 61 manat təşkil edir.  8 Mbps internet bir ay üçün 27 manata baha başa gəlir. Çində bir aylıq ictimai nəqliyyat üçün biletin qiyməti 41 manat təşkil edir. Bir illik tibbi sığortanın dəyəri isə 100 dollar təşkil edir.

Hal-hazırda Çində 397 mindən çox digər ölkə vətəndaşı, tələbələr təhsil almaqdadırlar. Ümumilikdə Çində 38-dən çox universitetdə 250-dən çox proqram ingilis dilində tədris edilir. Təhsil haqlarına gəldikdə isə, ortalama olaraq Çində illik təhsil haqqı  2000-4000 dollar arası dəyişir. Əgər bu xərclərin böyük bir hissəsindən yan keçmək istəyirsinizsə, Azərbaycan Respublikası vətəndaşlarının da müraciət edə bildikləri Chinese Government Scholarship-ə müraciət edə bilərsiniz. Bu təqaüd proqramına müraciət etmək üçün ilkin olaraq Çin universitetlərindən birindən qəbul almaq şərtdir. Hər ilin aprel ayı qədər son müraciət tarixi kimi müəyyənləşdirilir. Təxminən 200-dən çox Çin universitetində bu təqaüd proqramıyla təhsil ala bilərsiniz. Universitetlərin siyahısı isə budur: http://feature.cucas.edu.cn/Articles/List-of-279-China-Universities-Admitting-Chinese-Government-Scholarship-Students:-Apply-for-Scholarship-in-China_1488.html

Siz yuxarıda qeyd edilmiş siyahıdakı universitetlərdən hər hansına qəbul olaraq bu təqaüd proramına da müraciət edə bilərsiniz. Çünki siz təqaüd proqramına universitetdən qəbul məktubunu təqdim etməlisiniz .Təqaüd proqramına müraciət etmək üçün bu proqramın rəsmi vebsaytında qeydiyyatdan keçərək lazımı məlumatlarınızı, akademik göstəricilərinizi daxil edərək müraciət edə bilərsiniz. Qeyd edək ki, hər bir universitetin Agency Number-i mövcuddur. Siz application formu doldurduqdan sonra bu formu həmin Agency Number- ə uyğun olaraq göndərəcəksiniz. Sistemdə hər şeyi etdikdən sonra sistem təxminən avqust ayında nəticələri sizə xəbər edəcək.Xatırladaq ki, siz sistemə əlavə etdiyiniz bütün sənədlərin əslini ölkəmizdəki Çin Səfirliyinə də təqdim etməlisiniz və bu proses viza prosesi ilə eyni deyil.Siz bütün məlumatları və lazımi müraciət formalarını aşağıdakı rəsmi saytdan əldə edə bilərsiniz
http://www.csc.edu.cn/studyinchina/scholarshiplisten.aspx?cid=97

Çin Respublikasına təhsil vizası almaq üçün ölkəmizdəki Çin Xalq Respublikası səfirliyinə müraciət etməlisiniz. Səfirliyə müraciət etməzdən əvvəl Səfirliyin tövsiyə etdiyi Bakıda yerləşən Çin Viza Mərkəzinə müraciət etməlisiniz. Viza Mərkəzi ümumi olaraq sizə tələbə vizası üçün hansı sənədlərin lazım olacağını, doldurulmalı olan anketlər haqqında məlumatlarla sizi təmin edəcəkdir.

Sonluq olaraq qeyd etmək istərdik ki, dünyanın ən güclü iqtisadiyyatlarından birinə malik olan, təhsilinə görə isə ilk 100-lükdə universitetləri ilə təmsil olunan Çin həmçinin, öz mədəniyyəti, tarixi insanları ilə həmişə dünyanın maraq dairəsində olmuşdur. Siz Çində təhsil alaraq bu ölkədən, insanlardan çox şey öyrənə bilərsiniz.

Cavab yaz

Şərh bildirin
Adınız daxil edin