“PAŞA Sığorta” işçi axtarır

0
65

PAŞA Sığorta ASC namizədləri Subroqasiya üzrə assistent vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Cavabdeh (borclu) şəxslər ilə danışıqlar aparmaq;
• Məhkəmə proseslərində iştirak etmək;
• İcra və probasiya şöbələri ilə işi müvafiq şəkildə təşkil etmək və qətnamələrin təmin olunması üçün hüquqi tədbirlər görmək;
• Bir başa rəhbər tərəfindən verilən əlavə tapşırıqları həyata keçirmək.

Bilik və bacarıqlar:

• Hüquq sahəsi üzrə ali təhsil;
• Qanunvericilik biliyinin mükəmməl olması;
• Dil bilikləri: Azərbaycan dilinin sərbəst bilikləri, ingilis dili və rus dilinin işlək səviyyədə olması;
• Rəsmi yazışma bacarığı;
• Məhkəmə təcrübəsi arzuolunandır;
• Ünsiyyət qurmaq bacarığı;
• Məsuliyyətlilik;
• Dəqiqlik;
• Öz fikirlərini aydın ifadə etmək bacarığı;
• Komanda ilə işləmək bacarığı.

Son müraciət tarixi: 15 sentyabr, 2018.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Cavab yaz

Şərh bildirin
Adınız daxil edin