Azercell Tələbə Təqaüdü Proqramı 2018-2019

0
179

Azercell Telekom” MMC Azərbaycanda təhsil alan tələbələrə aylıq təqaüd almaq imkanını təqdim edir! Tələbə Təqaüdü Proqramı üzrə qalib gələn tələbələr ali təhsillərinin sonunadək aylıq 200 AZN təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində və sosial fəaliyyətlərində , müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək şansını əldə edəcəklər.

AZERCELLİN TƏLƏBƏ TƏQAÜDÜ PROQRAMI ÜZRƏ MÜRACİƏT

Proqramda ortalama qiymətləri yüksək olan son iki kurs tələbələri iştirak edə bilərlər (Bakalavr).

Təqaüd proqramı üzrə müraciət etmək üçün:

  • müvafiq bölümü seçin: Bakı, SABAH və ya Bölgə Təqaüdü Proqramı;
  • əlavə olunmuş elektron müraciət ərizəsini doldurun (ərizəni yükləyin);
  • elekton müraciət ərizəsini, tələbə biletinin və qiymət kitabçasının ( transkript ) skan versiyasını Telebe@azercell.commail ünvanına göndərin.

SABAH – AZERCELL TƏLƏBƏ TƏQAÜDÜ PROQRAMI 2018-2019

Təhsil Nazirliyi ilə Azercell Telekom MMC arasında imzalanmış anlaşma memorandumuna əsasən Azercell SABAH qrupları tələbələri üçün hər il xüsusi yerlər ayıracaq.

Proqramda SABAH qruplarının ortalama qiymətləri yüksək olan son iki kurs tələbələri iştirak edə bilərlər (Bakalavr).

AZERCELL BÖLGƏ TƏLƏBƏ TƏQAÜDÜ PROQRAMI 2018-2019

Proqrama region universitetlərinin ortalama qiymətləri yüksək olan son iki kurs tələbələri iştirak edə bilərlər (Bakalavr) .

Cavab yaz

Şərh bildirin
Adınız daxil edin