UK vizası almaq istəyənlər üçün lazım ola biləcək sənədlər.

0
100

UK vizası almaq çox adamın arzusu olsada, bir o qədərdə çətindir. Biz sizə lazım ola biləcək sənədləri qeyd edək, siz isə özünüzə şans arzu edin.

1. UK vizası üçün online doldurulmuş applicationun çap versiyası.
2. Xarici pasportun originalı və şəkil olan hissəsinin kserokopiyası.
3. Şəxsiyyət vəsiqəsinin kserokopiyası.
4. Avia biletin bronu.
5. Köhnə xarici pasportunun şəkilli hissəsinin və viza olan hissəsinin kserokopiyası ( köhnədə vizalar varsa əgər ).
6. İş yerindən arayış.
7. Əmək haqqı kartından son 1 ilin çıxarışı.
8. E-gov hökümət portalından çıxarış.
9. Bank hesabı haqqında arayış.
10. Şəxsin adına olan daşınar və ya daşınmaz əmlakın ingilis dilinə tərcüməsi və notarial təsdiqi.
11. Qalınacaq yerin bronu ( hotel və ya hostel ).
12. Nigah haqqında şəhadətnamənin ingilis dilinə tərcüməsi və notarial təsdiqi ( şəxs evlidirsə əgər ).
13. Uşağın doğum haqqında şəhadətnaməsinin ingilis dilinə tərcüməsi və notarial təsdiqi ( uşaq varsa əgər ).
14. 130 USD viza rüsumunun ödənilməsini təsdiq edən sənəd ( bu rüsum kursdan asılı olaraq 120 – 130 usd arasında dəyişə bilər ).

 Əlaqə vasitəsi:

Tel:+994124377878                                                                                                    Email:generalenquiries.baku@fco.gov.uk                                                                        İş saatları: -Bazarertəsi – Cümə günü (bayram və xüsusi günlər xaric) saat 09:00 – 17:00

Cavab yaz

Şərh bildirin
Adınız daxil edin