Feniks-MNR 2023-cü ildə 1C proqram məhsulları vasitəsi ilə müxtəlif uçot məsələlərinin avtomatlaşdırmasında 20 ildən çox təcrübəyə malik olan mütəxəssislər tərəfindən qurulub. Şirkətimiz 1C-Françayzi şəbəkəsinin üzvüdür.
Şirkətimiz öz sahəsində yüksək keyfiyyətli xidmətlərin həyata keçirilməsi ilə məşğul olur, “1C:Keyfiyyətin idarəetməsi standartları”, “1C:Konsaltinq” və “1C:ERP Mərkəzi” proqramlarında iştirak edir, “Agent Plyus” şirkətinin sertifikatlanmış partnyorudur.
Feniks-MNR şirkətinin işçi heyəti, 1C şirkətinin (Rusiya) müxtəlif tətbiqetmələri üzrə sertifikatlaşmış mütəxəssislərdən ibarətdir. Bundan əlavə, mütəxəssislərimizin bir çoxu milli mühasibat uçotu və beynəlxalq standartlar üzrə yerli və dünya assosiasiyaları tərəfindən sertifikatlaşdırılıb. Əməkdaşlarımızın 1C ilə uçotun avtomatlaşdırması üzrə orta iş təcrübəsi 10 il təşkil edir. Bizim 1С:ERP mütəxəssislərimiz aşağıdakı sahələrdə iş təcrübəsinə malikdirlər:
Nə bacarırıq
Müştəriyə uçot və biznes proseslərinə dair tələblər toplusunu tərtib etməklə, proqram məhsulu və onun tətbiq etmə üsulunu seçməsində köməklik göstəririk
Müştəri ilə birlikdə gələcəyə yüksəlmə, sazlanma və tətbiqetmə üçün funksionalın ətraflı təsvirini tətbiq edirik
Uçot sistemi, server avadanlığı, məlumat bazaları, 1C proqram məhsulları və onlara aid olan lisenziyaların auditini həyata keçiririk
Layihənin idarə olunma mexanizmlərini hazırlayırıq, layihə komandasını formalaşdırırıq, birlikdə işləri idarə edirik, həmçinin işin vaxtında və tam olaraq icra olmasını təmin edirik
Uçotun bütün sistemlərini AR qanunvericiliyinə uyğun olaraq sabit bir məlumat mühitində tətbiq edirik
Mühasib və maliyyəçilərin bütün işini AR qanunvericiliyinə uyğun olaraq müasir 1C proqram məhsullarına tətbiq edirik
Kadr uçotu, iş vaxtının uçotu, insan kapitalının idarəedilməsi, əməkhaqqının hesablanması sistemlərini müasir 1C proqram məhsullarında icra edirik
Satış, anbar saxlanılması, mobil satış təmsilçiləri üçün avtomatlaşdırılmış nəzarət uçotunu işə salırıq
Biz yalnız proqram təminatı üzrə deyil, həm də malların oxunması, çeklərin çapı, fiskal qeydiyyat üçün satış avadanlığını pərakəndə satış nöqtələri üçün təhvil veririk
Müştərilərə dəstək göstəririk, tapşırıqları həll edirik, biznesin yeni tələblərini icra edirik, məlumat texnoloji dəstək (ИТС) vasitəsi ilə 1C-in aktual versiyalarından istifadə etməsinə imkan veririk